Sumqayıtda bir ailənin 4 üzvü dəm qazından zəhərləndi

Hazırda oxunan: Sumqayıtda bir ailənin 4 üzvü dəm qazından zəhərləndi

592062

Sumqayıt şəhərində bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.

Bizim.Media xəbər verir ki, Sumqayıtın Xəzər bağları ərazisində yerləşən fərdi yaşayış evində dəm qazından zəhərlənmə hadisəsi baş verib.

1979-cu il təvəllüdlü Əliyev Emin Məhəmməd oğlu, Əliyeva Günel Səməndər qızı (1990), Əliyev Məhəmməd Emin oğlu (2009) və Əiyeva Mədinə Emin qızı (2012) zəhərlənmə diaqnozu ilə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Hazırda onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin