Polşa hakimiyyəti vətəndaşlıq vəziyyəti aktları ilə bağlı sənədlərin doldurulması qaydalarını dəyişməyə hazırlaşır. Yeni qaydalara əsasən nikah şəhadətnamələrində “ər” və “arvad” anlayışlarının “birinci həyat yoldaşı” və “ikinci həyat yoldaşı” terminləri ilə əvəz olunması nəzərdə tutulur. Dəyişikliklər Avropa İttifaqı Məhkəməsinin qərarından sonra gündəmə gəlib və Aİ ölkələrində bağlanmış eynicinsli nikahların tanınması ilə əlaqələndirilir.
Bəs Azərbaycan qanunvericiliyində nikah sənədlərində “ər” və “arvad” anlayışlarının çıxarılaraq cins neytral terminlərlə əvəz olunması hüquqi baxımdan mümkündür? Eyni zamanda, mövcud qanunvericilik eynicinsli nikahların tanınmasına hər hansı formada yol verir?
Bizim.Media xəbər verir ki, hüquqşünas Babək Həmidov Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycan Avropa İttifaqının deyil, Avropa Şurasının üzvüdür. Bu baxımdan Avropa İttifaqının Ədliyyə Məhkəməsinin qərarları Azərbaycanda hüquqi qüvvəyə malik deyil:
“Avropa İnsan Hüquqları Məhkəməsi də Avropa İnsan Hüquqları Konvensiyasında təsbit olunmuş nikah hüququnu yalnız kişi və qadın arasında olan nikah kimi şərh edir və eynicinsli nikahlar Konvensiyada ayrıca hüquq kimi tanınmır. Nəticə etibarilə, Azərbaycanın Avropa Şurası qarşısında bu məsələdə hər hansı bir öhdəliyi mövcud deyil”.
B.Həmidov qeyd edib ki, eynicinsli nikahların bu formada təsbit edilməsinə dair beynəlxalq hüquqdan irəli gələn öhdəlik olmadığı üçün bu yanaşma ölkə daxilində formalaşmış ictimai münasibətlərə də uyğun hesab edilmir.
Mövcud qanunvericilik isə cari məsələləri kifayət qədər dəqiq şəkildə tənzimləyir:
“Eyni zamanda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq normalarına və daxili hüquq sisteminə əsasən, eynicinsli nikahlar tanınmır və onlara yol verilmir. Lakin bu, şəxslərin fərdi seçimlərinə müdaxilə anlamına gəlmir. Fərdlərin cinsi seçimləri və şəxsi azadlıqları qanunla qadağan edilmir və bu sahədə hər hansı bir məhdudiyyət nəzərdə tutulmur”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:53 / 22.01.2026
Qanunda "ər" və "arvad" sözləri ləğv edilir?
Hazırda oxunan: Qanunda "ər" və "arvad" sözləri ləğv edilir?
Hazırda oxunan: Qanunda "ər" və "arvad" sözləri ləğv edilir?
592043
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































