Ordubadda ət satışı mağazasında nöqsanlar AŞKARLANDI - FOTO

Hazırda oxunan: Ordubadda ət satışı mağazasında nöqsanlar AŞKARLANDI - FOTO

591995

Ordubad şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən İbrahimov Əmir İbrahim oğluna məxsus ət satışı mağazasında nöqsanlar aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.
 

Qeyd edilib ki, yoxlama zamanı müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların təmiz saxlanılmadığı, dezinfeksiya işlərinin aparılmadığı müəyyən edilib. Çirkli suların axıdılması üçün kanalizasiya xəttinin mövcud olmadığı və obyektin təmirə ehtiyacının olduğu aşkarlanıb.


Nöqsanların aradan qaldırılması məqsədilə sahibkara müvafiq göstərişlər verilib, barəsində inzibati protokol tərtib olunub.

Çatışmazlıqlar aradan qaldırılanadək mağazanın fəaliyyəti məhdudlaşdırılıb.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin