Satıcının almasını aparan Samir Bədəlov: “Bir də belə hala yol verməyəcəm”

Hazırda oxunan: Satıcının almasını aparan Samir Bədəlov: “Bir də belə hala yol verməyəcəm”

591963

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərdə keçirilən reyddə baş verən narazılıqla əlaqədar iclas keçirib.
 

MÖVZU İLƏ BAĞLI: 

Küçə ticarəti ilə bağlı QALMAQAL - Satış üçün müəyyən edilməmiş yerlərlə bağlı siyahı var? – VİDEO


Bizim.Mediapravda.az”a istinadla xəbər verir ki, Z.Fərəcov İcra Hakimiyyətinin İstehsal və xidmət sahələri sektorunun məsləhətçisi Samir Bədəlovu danlayıb və xəbərdarlıq edib.

S.Bədəlov isə reyd zamanı anlaşılmazlıq yarandığını bildirib, bir də belə hallara yol verməyəcəyini deyib.

İcra başçısı əməkdaşlara müvafiq tapşırıqlar verib.
 

Qeyd edək ki, bir neçə gündür, sosial mediada və mətbuat orqanlarında Sumqayıtda keçirilən reyd zamanı satıcılardan birinin məhsullarının müsadirə edilməsi müzakirə yaradıb.


S.Heydərovun satıcıya “vətəndaşın hərəkət etdiyi səkidə məhsul satırsansa, bu, artıq sənin deyil, apar, qoy maşına...” deməsi ciddi tənqid edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin