Bir neçə gündür cənub bölgəsinə yağan qar Cəlilabad–Yardımlı avtomobil yolunda nəqliyyatın hərəkətini çətinləşdirsə də, hazırda yol tam şəkildə qardan təmizlənib və nəqliyyat vasitələrinin hərəkəti üçün açıqdır.
Bizim.Media xəbər verir ki, aidiyyəti qurumların operativ fəaliyyəti nəticəsində yolun bütün hissələrində təmizləmə işləri aparılıb.
Hazırda sürücülər yolda heç bir məhdudiyyət olmadan rahat və təhlükəsiz şəkildə hərəkət edə bilirlər.
Qeyd edək ki, qar Cəlilabad rayonunun müəyyən ərazilərində elektrik təsərrüfatına da ziyan vurub. Kəndlərarası və kənddaxili elektrik xətlərinin bəzi hissələri sıradan çıxıb, nəticədə bir sıra yaşayış məntəqələrində elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, qarın yaratdığı fəsadların aradan qaldırılması istiqamətində ərazi üzrə bərpa işləri davam etdirilir.
Hazırda bölgədə qar yağışı müşahidə olunmur, hava şəraiti sabitdir.




Bizim.Media





























































































