Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Dəyirman dairəsi adlanan ərazisində qeydə alınıb.
Qəza zamanı "VAZ 2107" markalı avtomobil ekskavatorla toqquşub. Nəticədə xəsarət alanların olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları və təcili yardım briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu































































































