Gecə saatlarında Bakıda yolların buz bağlaması səbəbindən qəzalar baş verib.
Bizim.Media xəbər verir ki, belə hadisələrdən biri Binəqədi rayonu Biləcəri qəsəbəsində qeydə alınıb.
Bakı Beynəlxalq Avtovağzalının qarşısında donmuş yolda sürüşən avtomobil maneəyə dəyərək aşıb.
Hadisə nəticəsində ciddi xəsarət alan olmasa da, avtomobilə xeyli zərər dəyib.
Görüntüləri təqdim edirik:
Bizim.Media
































































































