İctimai nəqliyyatla bağlı RƏSMİ XƏBƏR

Hazırda oxunan: İctimai nəqliyyatla bağlı RƏSMİ XƏBƏR

591846

Ölkə ərazisində müşahidə edilən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar sərnişindaşımanı həyata keçirən bütün daşıyıcılar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-ya bildirilib ki, AYNA-nın Monitorinq Mərkəzi tərəfindən yollarda avtobusların hərəkəti nəzarətə götürülüb.
 

Hazırda bütün marşrutlar üzrə sərnişin tələbatına uyğun olaraq daşımalar həyata keçirilir. Xəttə gündəlik saya uyğun avtobuslar buraxılıb. Bəzi istiqamətlərdə yollar buz bağladığından nəqliyyat vasitələrinin sürət həddi aşağıdır.


Bu səbəbdən avtobuslararası intervallarda artım müşahidə edilə bilər.

Qeyd edək ki, aidiyyəti qurumlarla birgə ictimai nəqliyyatın rahat və təhlükəsiz fəaliyyətinin təmin edilməsi üçün işlər həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin