Prokurorluqdan məktəbdə ölən birinci sinif şagirdi ilə bağlı AÇIQLAMA 

Hazırda oxunan: Prokurorluqdan məktəbdə ölən birinci sinif şagirdi ilə bağlı AÇIQLAMA 

59184

Cəlilabadda şagirdin məktəbdə ölümü ilə bağlı cinayət işi açılıb. 

Bu barədə Bizim.Media-ya rayon prokurorluğundan məlumat verilib. 

Bildirilib ki, fevralın 8-i saat 12 radələrində rayonun Qarazəncir kənd sakini, Ocaqlı kənd 1 nömrəli kənd tam orta məktəbin 1-ci sinif şagirdi, 2015-ci il təvəllüdlü Hüseyn Zeynalovun təhsil aldığı məktəbin həyətində elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Aparılan araşdırmalarla müəyyən edilib ki, Hüseyn Zeynalov məktəbin həyətində oynayarkən dirəkdən aşağıya doğru sallanıqlı vəziyyətdə olan 10 kv-luq elektrik məftilə toxunması səbəbindən elektrik cərəyanı vurması nəticəsində ölüb. 
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. 

Hazırda iş üzrə istintaq davam edir. 

*** 14:40

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib. 

Bizim.Media "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Ocaqlı kənd orta məktəbində qeydə alınıb. 

İlkin məlumata görə, şagirdi məktəbin həyətində elektrik cərəyanı vurub. Şagird xəstəxanaya çatdırılsa da, artıq onun öldüyü məlum olub. 

Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir. 

Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin