"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində (QSC) kadr dəyişikliyi olub.
Bizim.Media xəbər verir ki, qurumun Depolarla iş departamentinin rəhbəri Faiq Əhmədov tutduğu vəzifədən azad olunub.
Bu barədə QSC-nin sədri Vüsal Aslanov əmr imzalayıb. F.Əhmədov öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.
QSC sədrinin digər əmri ilə həmin vəzifəyə Rəhman Kərimov təyin olunub. (Oxu.az)
Bizim.Media































































































