Şair Qərib Mehdi 90 yaşında VƏFAT ETDİ

Hazırda oxunan: Şair Qərib Mehdi 90 yaşında VƏFAT ETDİ

591792

Əməkdar jurnalist, şair Qərib Mehdi 90 yaşında vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə apa-ya teatrşünas Anar Bürcəliyev məlumat verib.

O bildirib ki, şair iki gün əvvəl səhhətində yaranmış ani problemlər səbəbilə xəstəxanaya yerləşdirilib.

Qərib Mehdi sabah Gəncədə “İmamzadə” qəbiristanlığında dəfn ediləcək.
 

Qeyd edək ki, Qərib Mehdi 21 iyun 1936-cı il Qəbələ rayonunun Mirzəbəyli kəndində anadan olub. Kiçik yaşlarında ailəliklə Gəncə şəhərinə köçüblər.


1971-ci ildən H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda çıxan çoxtirajlı "Yüksəliş" qəzetinin redaktoru vəzifəsində çalışıb. O, 1979-cu ildən Gəncə şəhəri Alimlər Evi nəzdində olan "İlham" ədəbi birliyinə rəhbərlik edib. 10-dan çox bədii kitabı işıq üzü görüb. Pyesləri Gəncə Dövlət Dram Teatrında səhnələşdirilib. 2009-cu ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Əməkdar jurnalist fəxri adına layiq görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin