Xəstəliyi öncədən aşkar edən dəri implantı yaradıldı - İXTİRA

Hazırda oxunan: Xəstəliyi öncədən aşkar edən dəri implantı yaradıldı - İXTİRA

591771

Yaponiyanın Tokio Şəhər Universiteti və Tokio Universitetinin alimləri RIKEN və Canon Medical Systems mühəndisləri ilə birgə orqanizmin vəziyyətini daim izləyən və mümkün problemlər barədə siqnal verən dəri implantatı yaradıblar.

Bizim.Media xəbər verir ki, tədqiqatın nəticələri “Nature Communications” elmi jurnalında dərc olunub.

İmplantın iltihab, stress və ya xəstəliyin başlanğıcı ilə əlaqəli olan biomarkerlərə - zülallara reaksiya verir.
 

Hər hansı problem aşkar edildikdə, o, yaşıl rəngdə işıqlanmağa başlayır və yaxınlaşan xəstəlik barədə vizual xəbərdarlıq edir. Qurğunun işləməsi üçün batareyaya ehtiyac yoxdur.


Tərtibatçıların sözlərinə görə, bu texnologiya ağıllı saat və ya digər qadcetlər taxmadan, sutka ərzində orqanizmin vəziyyəti barədə məlumat almağa imkan verir. 

İlk sınaqlar siçanlar üzərində aparılıb və sensorun biomarkerlərdəki dəyişikliklərə etibarlı reaksiya verdiyi sübut olunub. İmplantın yaradıcıları ümid edirlər ki, gələcəkdə bu texnologiya fərdiləşdirilmiş tibbi sistemlərin bir hissəsinə çevriləcək, insanların xəstəlikləri simptomlar ortaya çıxmazdan əvvəl vaxtında aşkar etməsinə və tədbir görməsinə imkan verəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin