Biləsuvar rayonuna mövsümün ilk qarı yağıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qar rayon ərazisinə gecə saatlarından başlayaraq yağmağa başlayıb.
Nəticədə Biləsuvar ərazisində qar örtüyünün qalınlığı 10 santimetrə çatıb.
Yağan qar nəqliyyatın hərəkətində ciddi çətinlik yaratmayıb və avtomobil yolları hazırda açıqdır. Bununla belə, rayonun bəzi yaşayış məntəqələrində əlverişsiz hava şəraiti səbəbindən təbii qaz və elektrik enerjisinin verilişində qısamüddətli fasilələr müşahidə olunub.
Hazırda rayonda şaxtalı və qarlı hava şəraiti davam edir.

Sabutay, Bizim.Media, Cənub bürosu.






























































































