Qışda daha çox ZƏLZƏLƏ OLUR?

Hazırda oxunan: Qışda daha çox ZƏLZƏLƏ OLUR?

591742

Son günlər ölkənin müxtəlif bölgələrində ard-arda zəlzələlər qeydə alınır. Biləsuvar, Şamaxı və Ağsuda hiss olunacaq dərəcədə yeraltı təkanlar müşahidə edilib. Sosial şəbəkələrdə zəlzələ anının qeydə alındığı videoların sürətlə yayılması isə vətəndaşlar arasında narahatlıq yaradıb.

Bəs bu zəlzələlərin ardınca daha güclü təkanların baş verməsi mümkündürmü?

Seysmoloqlar Azərbaycan ərazisində zəlzələ ocaqlarının aktivləşdiyini təsdiqləyirlər. Üstəlik əlavə edirlər ki, mövcud seysmik proseslər digər zəlzələ ocaqlarını da aktivləşdirə bilər. Şəki-Oğuz, Quba-Şabran və Aran bölgəsindəki  zəlzələ ocaqlarında da seysmik aktivliyin müşahidə olunması gözləniləndir.

Amma panikaya heç bir əsas yoxdur.

Ardıcıl zəlzələlər adətən yer qabığında yığılan gərginliyin boşalması ilə bağlı olur. Bundan başqa mikrozəlzələlər də qeydə alınır ki, bu da ardıcıl xırda təkanlara səbəb olur. Buna gərginliyin “zəncirvari” boşalması deyilir.
 

Belə bir fikir də insanlar arasında formalaşır ki, qış aylarında zəlzələ daha çox olur. Mütəxəssislər bildirirlər ki, zəlzələ bütün fəsillərdə, günün bütün saatlarında baş verə bilər. Çünki əsas mexanizm yerin dərin qatlarında baş verir və orada hava şəraiti rol oynamır. Sadəcə payız və qışda yeraltı suların artması, yağıntının çoxluğu və atmosfer təzyiqində dəyişikliklər kiçik zəlzələlərin baş verməsini stimullaşdıra bilər. Bu, əsas səbəb deyil, sadəcə təkanverici amildir.


İnsanlar haqqında yayğın olan bu qənaətin bir səbəbi də onunla əlaqədardır ki, qışda gecələr sakit olduğu üçün zəlzələ daha çox hiss olunur. Həmçinin,  xırda təkanlar əvvəllər hiss olunmurdu, indi sensorlar və tətbiqlər sayəsində görünür.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin