Hafiz Hacıyev haqqında yayılan məlum video haqqında danışdı – Təfərrüat - VİDEO

Hazırda oxunan: Hafiz Hacıyev haqqında yayılan məlum video haqqında danışdı – Təfərrüat - VİDEO

0:00
0:00
59174

Qalmaqal dolu çıxışları ilə hər zaman gündəmdə olan və maraqla izlənilən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bu dəfə də sosial şəbəkələrdə trendə çevrilib. Belə ki, onun imkansız olması ilə bağlı verilişdə etdiyi çıxış və ayaqqablarını əlinə alaraq kasıbçılığının faktı kimi göstərməsi bir sıra gənclər tərəfindən zarafat obyektinə çevrilib. Hətta video “14 fevralda mən” başlığı ilə son günlərdə paylaşılmaqdadır. 

Hafiz Hacıyevin özü ilə əlaqə saxlayıb Bizim.Media oxucuları üçün fikirlərini öyrəndik.

O, bu videolardan xəbərsiz olduğunu bildirərək, heç də narahatlıq keçirmədiyini dilə gətirib:

“Mən demokrat adamam, cavanlar nə edirsə, yaxşı edir. Onlar bizi söysələr, təhqir eləsələr, döysələr də mənim üçün xoşdur. Mən televiziyadakı çıxışlarımın gənclər tərəfindən zarafata salınmağına normal baxıram. Təki bizim gənclərin canı sağ olsun. Həmin gənclər gedib döyüşdülər, torpaqlarımızı geri qaytardılar. İmkansız olmaq məsələsinə qalanda da bundan utanmıram. Xalqın malını yeyib sonra kimlər kimisə əlimdən alınmayıb ki?”.

Yaxın zamanlarda ağır ürək əməliyyatı keçirən partiya sədri səhhəti haqqında da məlumat verib:

“Müalicələrim bitib, hazırda özümü yaxşı hiss edirəm. Heç bir nasazlığım yoxdur. Elə indi də işimin başındayam”.

Səkinə Yusibli, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin