Bakıya uçan təyyarə aeroportdan qalxa bilmədi - PUA TƏHLÜKƏSİ

Hazırda oxunan: Bakıya uçan təyyarə aeroportdan qalxa bilmədi - PUA TƏHLÜKƏSİ

591736

Rusiyanın paytaxtı Moskvadakı Domodedovo hava limanından Bakıya olan təyyarə reysi təxirə salınıb.



Bizim.Media lent.az-a istinadən xəbər verir ki, buna səbəb davam edən PUA hücumlarıdır.

Qeyd olunur ki, 20 yanvar səhəri Domodedovo hava limanında uçuşların gediş-gəliş cədvəlində pozuntular qeydə alınıb. Onlayn tablonun məlumatına görə, bəzi reyslər ləğv edilib, bir neçə istiqamət üzrə uçuşlar isə ciddi gecikmələrlə həyata keçirilir.

AZAL-a məxsus təyyarənin də uçuş vaxtı Moskva saatı ilə 13:05 olsa da, 17:30-dək təxirə salınıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 19 yanvar saat 23:00-dan 20 yanvar saat 07:00-a qədər (Moskva vaxtı ilə) 32 pilotsuz uçuş aparatı (PUA) məhv edilib. Ən çox dron Bryansk vilayəti və Krım Respublikasının ərazisi üzərində vurulub: hər iki bölgədə 9 PUA məhv edilib.

Daha 3 pilotsuz aparat Voronej vilayəti üzərində məhv edilib. Belqorod, Kursk, Volqoqrad, Astraxan və Samara vilayətlərinin ərazisi üzərində isə hər birində 2 PUA ələ keçirilib. 1 pilotsuz aparat isə Smolensk vilayəti üzərində vurulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin