Qanla yazılan tarix, qürurla yad olunan GÜN – Qubalı şəhid analarının TƏƏSSÜRATLARI -VİDEO

Hazırda oxunan: Qanla yazılan tarix, qürurla yad olunan GÜN – Qubalı şəhid analarının TƏƏSSÜRATLARI -VİDEO

591729

20 Yanvar Ümumxalq hüzn günündə qubalı şəhid anaları müsahibimiz olublar.

Quba Şəhidlər Xiyabanında Vətən Müharibəsinin xüsusi təyinatlı şəhidi Seymur Qocayevin anası Rəsmiyyə Qocayeva təəssüratını Bizim.Media ilə bölüşüb. O, bildirib ki, azadlıq carçıları olan Yanvar şəhidlərini dərin ehtiramla yad edir. O, bu günü həm Qanlı Yanvar, insanların tanklar altında can verdiyi bir gün, həm də indi qürurla yad olunan bir gün kimi xatırladığını qeyd edib.

Vətən Müharibəsinin digər şəhidi, baş leytenant İsmət Hacıyevin anası Gülnarə Hacıyeva da bu günü azadlığa gedən gün kimi yad edir. O 20 Yanvar günü doğulan oğlu İsmətin qəhrəmanlıq şücaətindən danışaraq Yanvar şəhidlərinə ehtiramını bildirib.

Qeyd edək ki, Quba rayonu düz 36 il əvvəl 2 sakinini Yanvar hadisələrində şəhid verib. 3 nəfər isə əlil olub. Bu gün səhərdən Quba Şəhidlər Xiyabanı da kütləvi şəkildə ziyarət olunur.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin