Miqrendən əziyyət çəkənlər bu qida və içkilərdən uzaq dursunlar

Hazırda oxunan: Miqrendən əziyyət çəkənlər bu qida və içkilərdən uzaq dursunlar

591726

Miqrendən əziyyət çəkənlər qidalanma vərdişlərinə diqqət yetirməlidirlər; bəzi qidalar tutmalara səbəb ola bilər. Bizim.Media xarici mətbuata istinadən bildirir ki, miqrenə yalnız genetik və ətraf mühit amilləri deyil, həm də gündəlik qidalanma vərdişləri təsir göstərə bilər. Xüsusilə tez-tez baş ağrısı tutmaları olanlar, həyat tərzini və yemək vərdişlərini dəyişdirməsələr daha tez-tez baş ağrısı yaşayacaq və onları idarə etmək üçün daha çox ağrıkəsici və miqren profilaktikasına məruz qalacaqlar.
 

Ümumiyyətlə, miqren xəstələrində aclıq, yuxu çatışmazlığı, yuxu pozğunluqları, stress, həddindən artıq fiziki və zehni yorğunluq, hormonal dəyişikliklər, doğum nəzarət həbləri, ürək və qan təzyiqi dərmanları və ağrıkəsicilərin çox istifadəsi kimi amillər ağrıya meylli ola bilər. Səs-küylü mühit, temperatur dəyişiklikləri və rütubət də miqreni tətikləyici amillərdir.


Bundan əlavə, qidalanma vərdişləri vacibdir. Fermentasiya yolu ilə istehsal olunan qidalar – turşular, pendirlər miqren hücumlarını qıcıqlandırır. Kolbasa, sosiska, basdırma, eləcə də spirtli içkilər (əsasən də qırmızı şərab və pivə) kofein, yüksək kakao tərkibli şokoladlar, çipslər, fast food və suşi kimi yemək və içkilər miqreni artırır. İşin qəribəsi də odur ki, bu yemək və içkilər qəbul edilməklə yanaşı, qəfil dayandırıldıqda da eyni narahatlıqlara səbəb olur. Ona görə də tədricən azaltmaq lazımdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin