Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.
Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:
"Verilən proqnoza görə, paytaxtda havanın gecə saatlarında şaxtalı olacağı gözlənilir. Bəzi yolların buz bağlayacağı və sürüşmə ehtimalının artacağını nəzərə alaraq, sürücülər nəqliyyat vasitəsini sürətlə idarə etməkdən çəkinməlidirlər. Onların ehtiyatlı davranması, eləcə də nasazlıq baş verdikdə avtomobili dərhal yolun kənarına çəkməsi vacibdir. Yollarda sürücülər üçün təhlükəli vəziyyət yaranacağı təqdirdə bir sıra küçə və prospektlərdə sürət həddi endiriləcək.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən yol hərəkəti iştirakçılarının mütəmadi məlumatlandırılması təmin ediləcək".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:30 / 20.01.2026
Bakı yolları ilə bağlı XƏBƏRDARLIQ: Buz bağlayacaq, sürüşmə olacaq
Hazırda oxunan: Bakı yolları ilə bağlı XƏBƏRDARLIQ: Buz bağlayacaq, sürüşmə olacaq
Hazırda oxunan: Bakı yolları ilə bağlı XƏBƏRDARLIQ: Buz bağlayacaq, sürüşmə olacaq
591725
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































