Cəlilabad–Yardımlı yolu yenə BAĞLANDI - 50-dən çox kənd işıqsız qaldı - FOTO

Hazırda oxunan: Cəlilabad–Yardımlı yolu yenə BAĞLANDI - 50-dən çox kənd işıqsız qaldı - FOTO

591716

Axşam saatlarından başlayan qar yağışı Cəlilabad–Yardımlı avtomobil yolunda hərəkəti çətinləşdirib, dağlıq ərazilərdə isə yolun bağlanmasına səbəb olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qarın qalınlaşması və buzlaşma nəticəsində bəzi avtomobillər yolda qalıb. Hazırda yolun müəyyən hissələrində yalnız xüsusi təyinatlı və “Niva” tipli avtomobillərin hərəkəti mümkündür.

Qar yağışı rayonun elektrik təsərrüfatına da ziyan vurub. Elektrik xətlərinin sıradan çıxması nəticəsində 50-dən çox kənd işıqsız qalıb. Hazırda fəsadların aradan qaldırılması üçün bərpa işləri aparılır.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin