"Mərkəzi Seçki Komissiyasını parlament formalaşdırır".
Bizim.Media xəbər verir ki, bunu "Unikal"a açıqlamasında Mərkəz Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
"Məcəllədə yazılıb. 5 ildən bir olmalıdır", - deyə M.Pənahov bu il MSK-nın səlahiyyət müddətinin başa çatması ilə bağlı suala cavabında bildirib.
Qeyd edək ki, qanunvericiliyə əsasən, MSK-nın səlahiyyət müddəti 5 ildir. Cari ilin aprel ayında Komissiyanın hazırkı tərkibinin fəaliyyətinə yekun vurulacaq. Hazırda MSK-ya Məzahir Pənahov sədrlik edir. O, 19 may 2000-ci ildən etibarən bu vəzifədədir. MSK sədrinin müavini Rövzət Qasımov, MSK-nın katibləri isə Arifə Muxtarova və Mikayıl Rəhimovdur.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:23 / 20.01.2026
Məzahir Pənahov MSK-dan gedəcək? - Özündən açıqlama
Hazırda oxunan: Məzahir Pənahov MSK-dan gedəcək? - Özündən açıqlama
Hazırda oxunan: Məzahir Pənahov MSK-dan gedəcək? - Özündən açıqlama
591701
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































