Lənkəranda işıqlar niyə söndürülür?

Hazırda oxunan: Lənkəranda işıqlar niyə söndürülür?

591667

Lənkəran şəhərinin 1-ci və 2-ci mikrorayonlarında yaşayan sakinlər elektrik enerjisinin kəsilməsi ilə bağlı çətin vəziyyətlə üzləşiblər.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, artıq iki gecədir işıqlar gecə saat 00:00-dan sonra söndürülür.

Bina sakinlərinin sözlərinə görə, qış mövsümündə elektrik enerjisinin verilməməsi mənzillərdə istilik sistemlərinin dayanmasına səbəb olur. Bu hal xüsusilə qocalar, xəstələr və körpə uşaqların yaşadığı ailələr üçün ciddi problemlər yaradır.

Sakinlər qeyd edirlər ki, hazırda rayon ərazisində yağışlı hava şəraiti müşahidə olunsa da, hər hansı güclü külək və ya təbii fəlakət qeydə alınmayıb. Buna baxmayaraq, elektrik enerjisində yaranan fasilələrin səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin