20 yaşında dekan müavini olan Jalə Eyvazovların qızı imiş - FOTO

Hazırda oxunan: 20 yaşında dekan müavini olan Jalə Eyvazovların qızı imiş - FOTO

591653

Həyat yoldaşının videosu ilə ölkə gündəminə düşən Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazovanın qızı 20 yaşında tələbə olarkən dekan müavini təyin edilibmiş.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, o, 2023-cü ildə Kamal Abdullanın müvafiq əmri ilə Azərbaycan Dillər Universitetində Təhsil-2 fakültəsinin ictimai əsaslarla dekan müavini olub.
 

Həmin dövrdə onun təyinatı barəsində yerli mətbuatda xəbərlər tirajlanmışdı. J.Eyvazovanin nümunəvi və fəal tələbə olduğu bildirilsə də, onun tələbə olduğu halda dekan müavini təyin edilməsi ictimaiyyətdə birmənalı qarşılanmamışdı.


ADU-dan sorğumuza cavab olaraq bildirildi ki, Jalə Eyvazova fəal tələbə olduğu və qiymətləri yüksək olduğu üçün 2023-cü ildə ictimai əsaslarla dekan müavini təyin olunmuşdu. Həmin il universiteti bitirəndə ictimai əsaslı vəzifəsindən azad olunmuşdu.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin