Jurnalist Rüstəm Əbülfətoğlu (Əhmədov) Medianın İnkişafı Agentliyindəki (MEDİA) vəzifəsindən ayrılıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, Facebook səhifəsində paylaşım edib.
“Mənə göstərilmiş etimadın məsuliyyətindən çıxış edərək Medianın İnkişafı Agentliyindəki (MEDİA) fəaliyyətimi bu gün öz xahişimlə başa vurdum”, deyə Rüstəm Əbülfətoğlu qeyd edib.
Xatırladaq ki, R.Əbülfətoğlu Agentliyin Media subyektləri və jurnalistlərlə iş, media dəstək layihələri departamentinin direktoru vəzifəsinə ötən il təyin olunmuşdu.
Bizim.Media