SON DƏQİQƏ! Qalmaqallı görüntüləri yayılan məmur əri barəsində araşdırma başladıldı

Hazırda oxunan: SON DƏQİQƏ! Qalmaqallı görüntüləri yayılan məmur əri barəsində araşdırma başladıldı

591635

Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazovanın həyat yoldaşı Habil Eyvazovun sosial şəbəkələrdəki qalmaqallı görüntüləri hüquq-mühafizə orqanlarını hərəkətə gətirib.

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, içkili halda “TikTok”da canlı yayım açaraq dini, namazı lağlağıya qoyan Habil Eyvazov barəsində araşdırma başladılıb.
 

Belə ki, Habil Eyvazov bu gün Füzuli rayon polis şöbəsinə çağırılıb. Onun barəsində müvafiq izahat alınıb və hazırda əməlinə hüquqi qiymət verilməsi üçün müvafiq araşdırmalar davam etdirilir.


Qeyd edək ki, içkili halda “TikTok”da canlı yayım açaraq dini, namazı lağlağıya qoyan Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazovanın həyat yoldaşı Habil Eyvazov üzr istəyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin