“Qaçmaq nədir? Məni ora əməkdaşlığa dəvət etmişdilər” - Nəsimi Nəbizadə

Hazırda oxunan: “Qaçmaq nədir? Məni ora əməkdaşlığa dəvət etmişdilər” - Nəsimi Nəbizadə

591619

Əməkdar jurnalist, tanınmış keçmiş teleaparıcı Nəsimi Nəbizadə bir müddət öncə tərk etdiyi "Qurtuluş" reabilitasiya mərkəzinin barəsində başlanmış cinayət işi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
 

MÖVZU İLƏ BAĞLI: 

Nəsimi Nəbizadə reabilitasiya mərkəzindən qaçdı - VİDEO


Bizim.Media xəbər verir ki, oxu.az-a açıqlama verən jurnalist qeyd edib ki, məsələdən məlumatlıdır:

"Bu barədə xəbərim var. Eşitmişəm ki, Sumqayıt Şəhər Prokurorluğu mərkəzdə araşdırma aparıb. Həmin vaxt mən orda olmamışam. Eşitmişəm ki, faktla üzrə cinayət işi başlanılıb. Amma mənim həmin mərkəzlə artıq əlaqəm yoxdur, ona görə də işin nə yerdə olmasından məlumatsızam".

N.Nəbizadə reabilitasiya mərkəzindən qaçması ilə bağlı yayılan məlumatlara da münasibət bildirib:

"Qaçmaq nədir? Məni ora həm də əməkdaşlıq adı ilə dəvət etmişdilər, bu təklifi qəbul etmişdim. 4 ay orada qaldım, gördüm ki, işlə bağlı layihə reallaşmır. Ona görə də mərkəzdən ayrıldım. Hazırda yeni iş təklifi almışam, onu dəyərləndirirəm. Yaxın vaxtlarda yəqin ki, yeni işimlə bağlı açıqlama verəcəyəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin