Cəlilabad rayonu Maşlıq kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə kənd ərazisində qeydə alınıb.
Belə ki, Qazel markalı yük avtomobili Maşlıq kənd sakini, 1964-cü il təvəllüdlü İmanov Şirxan Rəşid oğlunu vurub. Piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində vəfat edib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Hadisənin başvermə səbəbləri və sürücünün kimliyi dəqiqləşdirilir.
Sabutay, Bizim.Media, Cənub bürosu.




























































































