Cəlilabadda yük maşını 64 yaşlı kişini vurdu - VİDEO

Hazırda oxunan: Cəlilabadda yük maşını 64 yaşlı kişini vurdu - VİDEO

591617

Cəlilabad rayonu Maşlıq kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə kənd ərazisində qeydə alınıb.
 

Belə ki, Qazel markalı yük avtomobili Maşlıq kənd sakini, 1964-cü il təvəllüdlü İmanov Şirxan Rəşid oğlunu vurub. Piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində vəfat edib.


Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Hadisənin başvermə səbəbləri və sürücünün kimliyi dəqiqləşdirilir.


Sabutay, Bizim.Media, Cənub bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin