Ümumxalq Hüzn Günü ilə əlaqədar “Azərpoçt”un iş rejimində dəyişiklik EDİLDİ

Hazırda oxunan: Ümumxalq Hüzn Günü ilə əlaqədar “Azərpoçt”un iş rejimində dəyişiklik EDİLDİ

591609

“Azərpoçt” MMC yanvarın 20-də Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq poçt şöbələrində növbəli iş rejimi tətbiq edəcək.

Bizim.Media “Azərpoçt”a istinadla xəbər verir ki, yanvarın 20-də respublika üzrə fəaliyyət göstərəcək poçt şöbələrinin və PUDO (təhvil-təslim) məntəqələrinin siyahısını diqqətinizə çatdırırıq.

Poçt məntəqələrinin iş qrafiki:

• Bakı şəhəri, AZ1000 indeksli poçt şöbəsi; 09:00-18:00

• Bakı şəhəri, AZ1002, AZ1040, AZ1063 indeksli poçt şöbələri; 10:00-17:00

• Bakı şəhəri AZ1044, AZ1124, AZ1138, AZ1144 indeksli poçt şöbələri; 09:00-17:00

• Xırdalan şəhəri AZ0100 indeksli Müştəri Xidmətləri Şöbəsi; 09:00-17:00

• Regionlarda yerləşən Müştəri Xidməti Şöbələri; 10:00-17:00

• AZ1039, AZ1133 indeksli poçt şöbələrindəki PUDO məntəqələri: 09:00-17:00

• AZ1017, AZ1047, AZ1104, AZ1111, AZ1123, indeksli poçt şöbələrindəki PUDO məntəqələri: 09:00-21:00

Qeyd edək ki, istehsalat zərurəti ilə əlaqədar olaraq 1 saylı poçt filialının 66 (AZ1066) və 152 (AZ1152) saylı poçt şöbələri adi iş rejiminə uyğun fəaliyyət göstərəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin