Azərbaycanda gender bərabərliyi sahəsində İşçi Qrup yaradılacaq – QƏRAR

Hazırda oxunan: Azərbaycanda gender bərabərliyi sahəsində İşçi Qrup yaradılacaq – QƏRAR

591590

“Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026 – 2028-ci illər üçün Milli Fəaliyyət Planı” həyata keçirilməsinin əlaqələndirilməsi məqsədilə İşçi Qrup yaradılacaq.

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
 

Qərara əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Milli Fəaliyyət Planının həyata keçirilməsinin əlaqələndirilməsi məqsədilə əsas və digər icraçı orqanların (qurumların) rəhbərlərinin müavinlərindən ibarət məsul şəxslərin təmsil olunduğu İşçi Qrup yaratmalı və bu barədə məlumatı 2026-cı il fevralın 1-dək Nazirlər Kabinetinə təqdim etməlidir.


Dövlət Komitəsi ildə bir dəfə Milli Fəaliyyət Planının icrasının monitorinqinin və qiymətləndirmə hesabatının İşçi Qrup tərəfindən müzakirəsini təşkil etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin