Unudulmayan TARİX – Şəhidlər Xiyabanı BU GÜN – VİDEOREPORTAJ

Hazırda oxunan: Unudulmayan TARİX – Şəhidlər Xiyabanı BU GÜN – VİDEOREPORTAJ

591585

Hər il insanlar Azərbaycan tarixinə qanla yazılmış 20 Yanvar faciəsini anmaq üçün Şəhidlər Xiyabanına gəlir. Yanvarın 19-u olmasına baxmayaraq Xiyabana dəstə-dəstə axışanlar bu günü hörmətlə, qürurla anır, müstəqilliyimiz uğrunda can vermiş şəhidlərin əziz xatirəsini yad edirlər.

Şəhidlər xiyabanına gələnlər arasında sadə vətəndaşlarla yanaşı, həm də dövlət rəsmiləri var. 

Bu gün 20 Yanvar hadisələrinə münasibət yalnız matəmlə məhdudlaşmır. İnsanlar bu tarixi azadlıq, mübarizə və milli yaddaş kimi dəyərləndirir. Şəhidlərin xatirəsi isə illər keçsə də unudulmur, nəsildən-nəslə ötürülür. Çünki bu, təkcə keçmişin deyil, bu günün və gələcəyin də yaddaşıdır.
 

20 Yanvar təkcə matəm günü deyil, həm də qəhrəmanlıq salnaməsidir. Bu tarix Azərbaycan xalqının azadlıq uğrunda canından keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. Şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşayacaq.


Daha ətraflı videoda: 


Şəfiqə Şəfa, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin