Gündə neçə stəkan çay içməliyik?

Hazırda oxunan: Gündə neçə stəkan çay içməliyik?

591575

Çay Azərbaycanda və dünyada ən çox istehlak olunan içkilərdən biridir. Səhər süfrəsindən tutmuş gün ərzində fasilələrə qədər çay bir çox insan üçün vazkeçilməzdir.

Bizim.Media Mətbuat.az-a istinadla xəbər verir ki, çayın faydalı olması onun miqdarından və növündən birbaşa asılıdır.

Mütəxəssislərin fikrincə, sağlam bir insan üçün gündə 2–4 stəkan çay ideal hesab olunur. Bu miqdar orqanizmi faydalı maddələrlə təmin edir və mənfi təsirlərə səbəb olmur.
 

Çay antioksidantlarla zəngindir, immun sistemini gücləndirir, yorğunluğu azaldır və diqqəti artırır. Yaşıl çay maddələr mübadiləsini sürətləndirir, qara çay isə beyin fəaliyyətini stimullaşdırır. Bitki çayları (çobanyastığı, nanə, adaçayı və s.) isə sakitləşdirici təsir göstərir.


Gün ərzində 5–6 stəkandan çox çay içmək bəzi hallarda yuxusuzluq, ürəkdöyünmə, mədə narahatlığı və dəmir çatışmazlığına səbəb ola bilər. Xüsusilə qara çayın tərkibindəki kofein və tanin maddələri bu problemləri yarada bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin