Hüquq-mühafizə orqanları Ümid Partiyasının mərkəzi qərargahında əməliyyat keçirib.
Bizim.Media xəbər verir ki, gununsesi.info-nun əldə etdiyi məlumata görə, əməliyyat zamanı Elnur adlı şəxs partiya sədri İqbal Ağazadənin kabinetində həbs edilib. Adıçəkilən şəxsin Ümid sədrinin dostu və həmyerlisi olduğu iddia edilir.
Lakin Gununsesi.info-nun sorğusunu cavablandıran Ümid Partiyasının sədri İqbal Ağazadə əməliyyatın partiyanın ofisində keçirilmədiyini deyib:
“Bizim partiyanın qarşısında belə bir hadisə olub. Amma bunun partiyaya hər hansı aidiyyatı yoxdur. Mən maraqlandım, dedilər ki, axtarışda olan şəxs tutulub”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:19 / 19.01.2026
Ümid Partiyasında əməliyyat - HƏBS EDİLƏN VAR
Hazırda oxunan: Ümid Partiyasında əməliyyat - HƏBS EDİLƏN VAR
Hazırda oxunan: Ümid Partiyasında əməliyyat - HƏBS EDİLƏN VAR
591530
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































