Sabah qatarlar qeyri-iş gününün cədvəlinə uyğun hərəkət edəcək - ADY

Hazırda oxunan: Sabah qatarlar qeyri-iş gününün cədvəlinə uyğun hərəkət edəcək - ADY

591520

Yanvarın 20-də “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) qatarları qeyri-iş gününün cədvəlinə uyğun hərəkət edəcək.

Bu barədə Bizim.Media-ya "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
 

Xatırladaq ki, 21 yanvar tarixindən etibarən qatarlardan birinin planlı təmirə cəlb edilməsi ilə əlaqədar Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkət cədvəlində dəyişikliklər ediləcək.


Qeyd edək ki, yeni qrafikə əsasən Sumqayıtdan 07:30 və 08:00-da çıxan ekspreslər Bakıxanovda da dayanacaq, Bakıdan 18:05-də çıxan Pirşağı-Sumqayıt ekspresi isə Sabunçuda da dayanacaq.

Məlumata görə, şənbə və bazar günləri cədvəl dəyişməz qalır.

Yeni hərəkət cədvəli: //ticket.ady.az/az/yeni-hereket-cedveli

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin