Qarlı şaxtalı havalar avtomobil yollarında müəyyən problemlər yaradıb. Bir sıra avtomobil yollarını qar örtüb. Gecə saatlarında isə şaxtalı hava şəraitilə bağlı bəzi yollar buz bağlayıb.
Bəs, ölkə ərazisindəki avtomobil yollarında hazırda vəziyyət necədir?
Bununla bağlı Bizim.Media-ya danışan Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib ki, əsas avtomobil yollarında vəziyyət normaldır:
“Yüksək dağlıq və dağlıq ərazilərdə bəzi yollarda qismən problem var. Məsələn, Qobustan-Şamaxı, Quba-Xınalıq, Lənkəran-Lerik və digər yollarda düşən qar səbəbi ilə müəyyən problemlər var. Problemlərin ən qısa müddətdə aradan qaldırılması üçün AAYDA-nın yerli qurumları gücləndirilmiş iş rejimində çalışır. Qurumlar lazımı texnika və zəruri materiallarla təmin edilib”.
Surxay Atakişiyev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:27 / 19.01.2026
Rayonlara səfərə hazırlaşanların NƏZƏRİNƏ – Yollarda son vəziyyət – VİDEO
Hazırda oxunan: Rayonlara səfərə hazırlaşanların NƏZƏRİNƏ – Yollarda son vəziyyət – VİDEO
Hazırda oxunan: Rayonlara səfərə hazırlaşanların NƏZƏRİNƏ – Yollarda son vəziyyət – VİDEO
591498
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































