Gəncədə sərnişin avtobusu ilə yük maşını toqquşdu - Xəsarət alan var

Hazırda oxunan: Gəncədə sərnişin avtobusu ilə yük maşını toqquşdu - Xəsarət alan var

591432

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, şəhər ərazisində “BakuBus” MMC-yə məxsus sərnişin avtobusu ilə “KamAZ” markalı yük maşınının toqquşması nəticəsində avtobusun sürücüsü, 1992-ci il təvəllüdlü Vüsal Verdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 

Zərərçəkən dərhal tibb müəssisəsinə yerləşdirilib. Həkimlərin verdiyi məlumata əsasən, onun vəziyyəti orta ağırdır.


Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin