Sabah Bakıda hava necə olacaq?

Hazırda oxunan: Sabah Bakıda hava necə olacaq?

591377

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, lakin 18-dən 19-na keçən gecə və axşam saatlarında arabir yağıntılı olacağı gözlənilir.

Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində yağıntının intensivləşəcəyi, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-2° isti, gündüz 2-4° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 768 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 1-4° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 13-17° şaxta, gündüz 3-7° şaxta olacaq.

Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin