Səhər saatlarından başlayaraq Şəki-Zaqatala bölgəsinə qar yağır.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən gün bölgə rayonlarında gün boyu havanın temperaturu mənfi 2-3 dərəcə arasında dəyişib. Lakin bu gün səhər saatlarından temperatur 0-1 dərəcə arasında müsbətə dəyişərək qar yağmağa başlayıb.
Kənd təsərrüfatı mütəxəssisləri bildirir ki, havanın şaxtalı-qarlı keçməsi ilk növbədə əkin sahələrində zərərvericilərin məhvinə səbəb olur.
Bölgənin avtomobil yolları və magistrallarında bəzi yerlərdə çiskli-dumanlı olsa da hərəkətdə heç bir məhdudiyyət yoxdur.
Qeyri-sabit hava şəraitinin gün boyu davam edəcəyi bildirilir.




Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
12:18 / 18.01.2026
Bu bölgəmizə də qar yağır - FOTO/VİDEO
Hazırda oxunan: Bu bölgəmizə də qar yağır - FOTO/VİDEO
Hazırda oxunan: Bu bölgəmizə də qar yağır - FOTO/VİDEO
591376
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































