Təhsil Nazirliyinin dəstəyi, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Bir millət, iki dövlət” beynəlxalq rəsm müsabiqəsi davam edir.
Bu barədə Bizim.Media-ya Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müsabiqə 3 yaş qrupunda (6-9, 10-13, 14-18) iki mərhələ üzrə respublikamızın regionlarında və Bakı şəhərində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilir.
Müsabiqənin I mərhələsi fevralın 28-dək davam edəcək. Bu mərhələdə rəsm işləri 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin ünvanına (Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 37, Az 1123) poçtla və yaxud [email protected] elektron ünvanına göndərilməlidir.
Martın 1-dən 15-dək olacaq ikinci mərhələdə münsiflər heyəti tərəfindən qalib işlər müəyyənləşdiriləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:44 / 08.02.2022
“Bir millət, iki dövlət” beynəlxalq rəsm müsabiqəsi keçirilir - Bu tarixdə sona çatacaq
Hazırda oxunan: “Bir millət, iki dövlət” beynəlxalq rəsm müsabiqəsi keçirilir - Bu tarixdə sona çatacaq
Hazırda oxunan: “Bir millət, iki dövlət” beynəlxalq rəsm müsabiqəsi keçirilir - Bu tarixdə sona çatacaq
59136
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.