Şəmkirdə minik avtomobili ağaca çırpıldı - Xəsarət alanlar var

Hazırda oxunan: Şəmkirdə minik avtomobili ağaca çırpıldı - Xəsarət alanlar var

591341

Şəmkirdə minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var.

Bizim.Media xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Hyundai Elantra" markalı minik avtomobili idarəetmədən çıxıb, yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində 1985-ci il təvəllüdü R.Süleymanov və 2001-ci il təvəllüdlü K.Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onların vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin