Göygöldə 30 yaşlı kişi toyda BIÇAQLANDI

Hazırda oxunan: Göygöldə 30 yaşlı kişi toyda BIÇAQLANDI

591315

Göygöldə toy zamanı bıçaqlanma hadisəsi baş verib.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən “Fərid” şadlıq sarayında qeydə alınıb.

Belə ki, məclis zamanı Mollacəllili kənd sakini, 1996-cı il təvəllüdlü Rövşən Ələkbərov bədəninin iki nahiyəsindən bıçaq zərbəsi alıb.

İlkin məlumata görə, hadisəni törətməkdə zərərçəkmişin həmkəndlisi və dostu Nurlan Nəsibov şübhəli bilinir. Bildirilir ki, tərəflər toyda spirtli içki qəbul ediblər və mübahisə məhz sərxoşluq zəminində baş verib.

Ağır xəsarət alan R. Ələkbərov dərhal xəstəxanaya çatdırılaraq əməliyyat olunub.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin