Bakı-Gəncə avtobusunda lentə alınan bu görüntülər gündəm oldu - VİDEO

Hazırda oxunan: Bakı-Gəncə avtobusunda lentə alınan bu görüntülər gündəm oldu - VİDEO

591279

Sosial şəbəkələrdə Bakıdan Gəncəyə yola düşən avtobusda sürücünün yol boyu dəfələrlə sükanı buraxaraq, hər iki əli ilə mobil telefonda oyun oynamasını əks etdirən görüntülər yayılıb.

Bizim.Media xəbər verir ki, iddiaya görə, sürücü nəqliyyat vasitəsini idarə etdiyi müddətdə diqqətini yoldan yayındıraraq həm özünün, həm də avtobusda olan sərnişinlərin həyatını real təhlükə altına atıb.

Görüntü ilə əlaqədar AYNA-da araşdırma aparılıb.
 

Məlum olub ki, “Uğurlu yol” MMC-yə məxsus 77-JK-411 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü Namiq Cənnətovdur. Yol verdiyi kobud qayda pozuntusuna görə sürücü daşıyıcı şirkət tərəfindən artıq işdən çıxarılıb. 


Qeyd edək ki, həmin sürücünün gələcəkdə digər marşrutlarda işlə təmin olunması məqsədəuyğun hesab edilmədiyindən, bütün daşıyıcılar bu barədə məlumatlandırılıb və onlara sərnişindaşıma norma və qaydalarına riayət edilməsi barədə bir daha tapşırıq verilib

Sözügedən video görüntüləri təqdim edirik:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin