Paytaxtda oğurluq edən 5 nəfər SAXLANILDI

Hazırda oxunan: Paytaxtda oğurluq edən 5 nəfər SAXLANILDI

591273

Sabunçu rayonu ərazisində bir nəfər polisə müraciət edərək avtomobilindən akkumulyatorun oğurlanmasını bildirib. Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar 37 yaşlı A.Quliyev və 39 yaşlı Ə.Abbasov müəyyən olunaraq saxlanılıblar.

Bu barədə Bizim.Media-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonunda da oğurluq hadisələri qeydə alınıb. Rayon ərazisindəki obyektlərin birindən 700 manat dəyərində təmir-tikinti alətləri və məişət əşyaları oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı V.Klimaşkin və əvvəllər məhkum olunmuş 33 yaşlı Ə.Rəhimli müəyyən olunaraq saxlanılıblar.

Rayon ərazisində qeydə alınan digər bir oğurluq hadisəsi zamanı bir evdən 2100 manat pul və 700 manat dəyərində qızıl-zinət əşyasını oğurlamaqda şübhəli bilinən, 24 yaşlı N.Sadıqova da polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin