Bakı‑Naxçıvan marşrutu üzrə fəaliyyət göstərən avtobus reysində sərnişinlər yük problemi ilə bağlı narazılıqlarını ifadə ediblər.
Bizim.Media NOCOMMENT.az-a istinadən xəbər verir ki, bəzi sərnişinlər avtobusun baqaj sahəsində yer olmadığı üçün əşyalarını salon daxilinə – oturacaqlar arxasında və ayaqaltı hissələrə yığıblar, bu da digər vətəndaşların rahat səyahətinə maneə yaradır. Onların sözlərinə görə, belə hallar tez-tez yaşanır.
Qeyd edək ki, müntəzəm avtobus marşrutlarında sərnişinlər baqaj bölmələri olmadıqda yükləri avtobusun salonunda baqaj üçün xüsusi yer olduqda apara bilərlər.
Baqaj bölmələrində əlavə yer olduqda sərnişin daha çox sayda yük apara bilər. Ölçüləri və çəkisi həddindən artıq olan baqaj daşınmaya qəbul edilməməlidir.
Bizim.Media






























































































