Boğazına sümük ilişən qıza Neftçilər xəstəxanasında yardım edilmədi – ŞİKAYƏT

Hazırda oxunan: Boğazına sümük ilişən qıza Neftçilər xəstəxanasında yardım edilmədi – ŞİKAYƏT

591246

Mərkəzi Neftçilər Xəstəxanasının tibbi heyəti və təcili tibbi yardım şöbəsindən narazılıq edilib.

Bizim.Media xəbər verir ki, bu haqda Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı sosial şəbəkə hesabında yazıb.
 

O, qızını tənəffüs borusunda qida qaldığı üçün təcili sözügedən xəstəxananın təcili tibbi yardım şöbəsinə apardığını qeyd edib.


Hüquq müdafiəçinin sözlərinə görə, onun övladına Mərkəzi Neftçilər Xəstəxanasında heç bir xidmət göstərilməyib:

“Dünən qızım nahar edərkən yediyi balığın (qurudulmuş) sümüyü qəflətən boğazına getdi. Bu da bərk ağrı, yanğı verib tənəffüsünü çətinləşdirdi. Onu Mərkəzi Neftçilər Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə apardım.
 

Orda bir saata yaxın ağrıdan, həyəcandan qıvrılan qızıma heç kim yaxınlaşmadı. Qeydiyyatda oturan xanımlara dəfələrlə yaxınlaşsam da xeyri olmadı.


Bir dəfə dodaqucu dedilər ki, liftin yanındakı ağ düyməni bas. Çaldığım zəngə də cavab verən olmadı...”, - deyə Mirvari Qəhrəmanlı gileylənib.

Şikayətçi məvbur qalıb xəstəni Xətai Tibb Mərkəzinə apardığını və qızına orada lazımi tibbi yardımın olunduğunu bildirərək klinikaya təşəkkür edib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin