Ötən il Bakı metrosu 227 milyona yaxın sərnişini təhlükəsiz və rahat şəkildə mənzil başına çatdırıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, 2024-cü illə müqayisədə 10,6 faiz daha çox sərnişin “Əlçatan metro” xidmətindən yararlanıb.
Qeyd edilib ki, aktiv zolaqlar yenilənib. Səsli elanlar, “Əlçatan metro” layihəsinin dəstəyi ilə inklüziv metro mühitinin formalaşması əsas məqsədlərdən bir olub.
Günay Şahmar, Bizim.Media




































































































