Metohəssas insanların DİQQƏTİNƏ - Maqnit qasırğası var

Hazırda oxunan: Metohəssas insanların DİQQƏTİNƏ - Maqnit qasırğası var

591210

Bir neçə günlük sakitlikdən sonra maqnit qasırğası yenidən başlayacaq.

Şənbə günü günəş aktivliyi qırmızı səviyyəsi maqnit qasırğasına qədər artıb. 5.3 K-indeksi gücündə olacaq qasırğa narahatlıq yaradacaq qədər yüksəkdir.

Bizim.Media xəbər verir ki, bu barədə Britaniya Geoloji Tədqiqat Mərkəzi məlumat yayıb.
 

Məlumatda deyilir ki, günəş küləyinin sürəti artıb və bu da təcrid olunmuş aktiv dövrlərin ehtimalını artırıb. Bu gün koronal dəliyin təsiri geoeffektiv hala gəlib və günəş küləyinin sürətini daha da artırıb. G1 qasırğası ehtimalı əhəmiyyətli dərəcədə yüksəlib.


Nəzərə alaq ki, qasırğa insanların rifahına təsir edə bilər. Xüsusilə metohəssas insanlar bu günlər daha diqqətli olmalıdır.

Maqnit qasırğası zamanı qan dövranında dəyişikliklər və vegetativ sinir sisteminin pozulması baş verə bilər. İnsanlar tez-tez baş ağrıları, aritmiya və qan təzyiqinin artması riski, depresif əhval-ruhiyyə və ümumi zəiflik hissi ilə qarşılaşırlar.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin