Zaqatalada bir ailənin 4 üzvü dəm qazından ZƏHƏRLƏNİB

Hazırda oxunan: Zaqatalada bir ailənin 4 üzvü dəm qazından ZƏHƏRLƏNİB

591205

Zaqatalada dəm qazından zəhərlənmə olub.

Hadisə gecə saatlarında Zaqatala şəhərinin Ərəblinski küçəsi, 50 ünvanında baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, zəhərlənələr bir ailənin üzvləridir. Belə ki, 1960-cı il təvəllüdlü Sura Səmədova, 1994-cü il təvəllüdlü İranə Səmədova, 2020-ci il təvəllüdlü İsrafil Səmədsoy və 2024-cü il təvəllüdlü Elisa Səmədsoy zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Birinci Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.
 

Müayinəələr və zəruri tibbi yardım göstərildikdən sonra İranə Səmədova və övladları İsrafil və Elisa Səmədsoyların vəziyyəti qənaətbəxş qiymətləndirildiyi üçün evə buraxılıblar.


Sura Səmədovanın müalicəsi isə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin