Bu məhsullar bahalaşdı – SİYAHI

Hazırda oxunan: Bu məhsullar bahalaşdı – SİYAHI

591153

2025-ci ildə Azərbaycanda illik infilyasiya həddi 5,2% təşkil edib.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, dekabr ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə inflyasiya 6,4%, qeyri-qida məhsulları üzrə 2,5%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7% təşkil edib.

Ən yüksək infilyasiya həddi qida məhsullarında müşahidə olunur. Ötən ilin dekabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma manna və qarabaşaq yarmalarının, mal ətinin, balıq və balıq məhsullarının, südün, xamanın, qatığın, pendirin, kəsmiyin, yumurtanın, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, göyərtinin, xiyarın, pomidorun, balqabağın, şirin bibərin, kartofun, şokolad məmulatlarının, ketçupun, mayonezin, arağın qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bəs niyə ən yüksək bahalaşma qida məhsullarında özünü göstərir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli qida, spirtli içki və tütündəki bahalaşmanın səbəblərini izah edib:

“Alkoqollu içkilər və siqaretdə əsas qiymət artımına səbəb vergi və aksiz dərəcələrinin artmasıdır. Dünyanın bir çox ölkələrində hökumətlər çox rahatlıqla bu sahələrdə vergi və gömrük rüsumlarını, aksiz dərəcələrini artırırlar. Çünki spirtli içki və siqaret sosial məsələ olmadığına görə daha rahat şəkildə qiymət artımına gedə bilir. Bu da infilyasiyaya təsir edir. Ərzaq bazarında isə biz 75% xaricdən asılıyıq və bu da nəticə etibarilə, daxildəki infilyasiyanın sürətlənməsinə səbəb olur. Yerli istehsalın az olması yerli topdansatış bazarında oyunçu sayının azlığı qiymət artımına səbəb olan əsas amillərdir”.

Fatimə Əliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin