“Atena” qanunvericiliyi pozdu

Hazırda oxunan: “Atena” qanunvericiliyi pozdu

591127

“Atena” MMC barəsində haqsız rəqabət hərəkətləri ilə bağlı rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, işin predmetini süd məhsullarının istehsalı və satışı zamanı rəqabət qanunvericiliyinin pozulması əlamətlərinin olması təşkil edib.

İşə baxılması yekunlaşıb və “Atena” şirkətinə yol verdiyi haqsız rəqabət hallarının aradan qaldırılması və bu hallara təkrar yol verməməsi barədə müvafiq göstəriş verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin